Ru
20:42 / 06 Fevral 2026

Qardaşım Trampın əmri ilə öldürülüb - Mark Epşteyn

Qardaşım Trampın əmri ilə öldürülüb - Mark Epşteyn
Eye

Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ prezidenti Donald Trampın əmri ilə öldürülüb, çünki o, ad çəkmək istəyirdi.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu pedofillikdə ittiham olunan Ceffri Epşteynin qardaşı Mark "Metro" qəzetinə müsahibəsində bildirib.

Qəzet yazır ki, Tramp Epşteynin ölümü ilə bağlı heç vaxt ittiham olunmayıb və bu ölüm hadisəsi intihar kimi qiymətləndirilib.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin iyulunda Nyu-York ştatında saxlanılıb, ona qarşı azyaşlı qızların istismarı ilə bağlı ittiham irəli sürülüb. Amma o, həmin ilin avqustunda həbsxana kamerasında intihar edib və bundan sonra cinayət işinə xitam verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar