Ru
20:31 / 06 Fevral 2026

Aİ-dən Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: bu maddə ilk dəfə əlavə olundu

Aİ-dən Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: bu maddə ilk dəfə əlavə olundu
Eye

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyanat yayıb.

Sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir.

Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqi, “kölgə donanması”na daha 43 gəminin əlavə edilməsi və mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılması nəzərdə tutulur.

20 regional bankın sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayınma kanallarına qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır.

Eləcə də Rusiyaya 360 milyon avrodan çox dəyərdə ixrac qadağaları, 570 milyon avrodan artıq həcmdə isə metallara, kimyəvi maddələrə və kritik minerallara idxal məhdudiyyətləri tətbiq olunur.

Paketdə sanksiyalardan yayınmağa qarşı ilk dəfə əks tədbirlər alətinin aktivləşdirilməsi də əksini tapıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar