Ru
12:34 / 03 Mart 2026

İki məktəbi bombaladıq, balaca qızlar öldü - VİDEO

İki məktəbi bombaladıq, balaca qızlar öldü - VİDEO
Eye

2 məktəbi bombaladıq. Balaca qızlar dünyasını dəyişdi. halbuki Anaları onların evə gəlməyini gözləyirdi. Qızlarını məktəbə göndərəndə müharibə olmayacağına inanırdılar. Çünki dnışıqlar aparılırdı. Çünki Marko Rubio bazar ertəsi günü bölgəyə gedəcəyini demişdi. Buna görə də qızları məktəblərə göndərdilər. Lakin biz oranı bombaladıq. Başqa bir məktəbi də bombaladıq.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti və Birləşmiş Millətlər Təşkilatının İraqdakı sabiq silah müfəttişi Skott Ritter deyib.

O, ABŞ-İsrailin İrana qarşı birgə əməliyyatlarında məktəblərin bilərəkdən vurulduğunu iddia edib.

“İndi onlar dağıntılar altındadır. Sağ qalmayacaq qızları xilas etməyə çalışırlar… Müharibəni dəhşəti bunlardır. Bu şeylər ömrü boyu insanı izləyir. İki qız məktəbini bombalamağa səbəb nə ola bilər? Mən bu işin içindəyəm. Bunu vəzifə olaraq icra etmişəm. Belə səhvlərin tez-tez təkrarlanmadığını bilirəm”.

Ritter xüsusilə qız uşaqlarının olduğu iki məktəbin qəsdən bombalandığını iddia edərək, bunun müharibənin ən qaranlıq üzünü göstərdiyini bildirib.

Qeyd edək ki, ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində İran məktəblərində 175-dən çox müəllim və şagird həlak olub. Ölənlərin əksəriyyəti tələbələr olduğu bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar