Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin iki əməkdaşı əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Bakupost.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bir müddət öncə Analitik Ekspertiza Mərkəzinin iki əməkdaşı - Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri - Çingiz Şükürov və laboratoriyanın analitiki - Adilə Vəliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Əczaçılıq kimyasI, farmakoqnoziya" ixtisasında, əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüblər.
Lalə, BakuPost