Ru
21:56 / 04 Avqust 2026

İlin toyuna geri sayım başladı - Messi də orada olacaq

İlin toyuna geri sayım başladı -  Messi də orada olacaq
Eye

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo ilə Corcina Rodrigezin uzun illərdir gözlənilən toy mərasiminin detalları bəlli olub.


“Bakupost” Bakivaxti.az-a istinadla xəbər verir ki, cütlük artıq hazırlıq prosesində son mərhələyə qədəm qoyub.

Təntənəli mərasim avqustun 8-də ulduz futbolçunun doğulub boya-başa çatdığı Madeyra adasında baş tutacaq. Tədbirə idman dünyasının ən nüfuzlu simaları, o cümlədən Lionel Messi, Neymar və sabiq UFC çempionu Həbib Nurməhəmmədov və Konor Makqreqor da dəvət alıb.

Bundan əlavə, mərasimdə iki məşhur döyüşçü ilə yanaşı, musiqiçilər Dreyk, Rihanna, Cennifer Lopez, məşhur bloger “IShowSpeed” və teleaparıcı Pirs Morqanın da iştirak edəcəyi gözlənilir.

Məlumata görə, rəsmi nikah mərasimi Funşal Kafedralında gerçəkləşəcək, ardınca isə beşulduzlu hotellərin birində möhtəşəm ziyafət təşkil olunacaq.

Xatırladaq ki, 2016-cı ildən münasibətdə olan Ronaldo və Corcina cütlüyünün 5 övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar