Ru
09:00 / 17 Sentyabr 2019

İTV-də yeni layihə - Robot aparıcılıq etdi

2280

İctimai Televiziyanın yeni mövsümündə “3D” adlı layihə start götürüb.



BakuPost.az xəbər verir ki, verilişin digərlərindən fərqi aparıcının robotla əvəzlənməsi olub. Dadaşlinski Dadaş Dadaş oğlu adlı robot qəbuluna yazılan şəxslərdən biri ilə - İTV-nin Baş direktoru Balakişi Qasımovla söhbətləşib.


20 dəqiqəyə yaxın davam edən proqramda B. Qasımov bir sıra maraqlı açıqlamalar verib.


Aparıcının “Reytinqdə neçənci yerdəyik?” sualına Baş direktor cavabında bunun onun üçün o qədər də əhəmiyyət daşımadığını bildirib:


“Əgər ciddi cavab versəm, ümumiyyətlə, mənim üçün reytinq önəmli deyil. Ona görə ki, Azərbaycanda, əfsuslar olsun ki, uzun bir müddətdir ki, reytinq düzgün ölçülmür. Əgər bu gün ölçülülən reytinqdə birinci olmaq məqsədimiz olsaydı, biz bayağı verilişlərə üstünlük verməli olacaqdıq. Bunu nə özümüzə yaraşdırırıq, nə də bizim tamaşaçılara. Bizim meyar reytinq deyil, keyfiyyətli və tamaşaçılar tərəfindən qəbul olunan və istənilən verilişlərin istehsalıdır. Çalışırıq ki, bunu yüksək səviyyədə həyata keçirə bilək".


B. Qasımov Azərbaycan Televiziyası və “ARB 24” telekanallarını izlədiyini açıqlayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər