Ru
10:30 / 30 İyul 2025

İmtahan qaydalarını pozan bir neçə abituriyent istintaqa cəlb edildi

İmtahan qaydalarını pozan bir neçə abituriyent istintaqa cəlb edildi
Eye

“Sosial şəbəkələrdə imtahan qaydalarını pozan şəxslərin ifşa olunmasına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi (DİM) hər zaman imtahanlarım şəffaflığı üçün tədbirlər görür”.

Bakupost.az xəbər verir ki, bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanmır, press-reliz dərc edilir:

"İmtahan qaydalarını pozanlar barəsində vaxt və yerindən asılı olmayaraq tədbirlər görülür.

Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar