Ru
18:44 / 17 Oktyabr 2025

İndiki və keçmiş məmurların susqunluğu - Onları Ramiz Mehdiyevin xofu basıb?

İndiki və keçmiş məmurların susqunluğu - Onları Ramiz Mehdiyevin xofu basıb?
Eye

Ölkədə ciddi hüquqi-siyasi, ağır ictimai yükü olan hadisə baş verib. Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ittihamları irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.


Bakupost.az xəbər verir ki, “Yeni Sabah” məsələyə münasibət öyrənmək məqsədilə vaxtilə yüksək vəzifə tutmuş, həmçinin hazırda vəzifədə olan şəxslərlə əlaqə saxlamağa çalışıb.

Saytın sualı sadə olub: Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?

Son iki gün ərzində dəfələrlə edilən zənglərə baxmayaraq, sözügedən şəxslərin heç biri mövzu ilə bağlı açıqlama vermək istəməyib. Onlardan bəziləri telefonları açmayıb, bəziləri isə müxtəlif bəhanələr gətirərək müsahibə verməkdən imtina ediblər.

Həmin şəxslərin siyahısı aşağıdakı kimidir:

Baş nazirin birinci müavini Yaqub Eyyubov

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, Baş nazirinin köməkçisi Əhməd Əhmədzadə

Deputat, akademik Ziyad Səmədzadə

Sabiq nəqliyyat naziri Ziya Məmmədov

Keçmiş kənd təsərrüfatı naziri, deputat Heydər Əsədov

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkümlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar