Ru
22:28 / 03 Oktyabr 2025

İnstaqram bizi dinləyir? – Şirkətdən açıqlama

İnstaqram bizi dinləyir? – Şirkətdən açıqlama
Eye

İnstagram-ın rəhbəri Adam Mosseri platformanın reklam hədəfləri üçün telefon mikrofonlarından istifadə etməsi ilə bağlı iddiaları bir daha təkzib edib.

Bakupost.az xəbər verir ki, Mosseri "İnstagram istifadəçiləri dinləyirmi?” sualına qəti olaraq bu iddiaların həqiqətə uyğun olmadığını deyib.

O həmçinin qeyd edib ki, Meta əvvəllər dəfələrlə bu iddiaları təkzib edib.

Mosseri həmçinin qeyd edib ki, əgər mikrofon həqiqətən hər zaman açıq olsaydı, ekranda xəbərdarlıq işığı yanar və telefonun batareyası normaldan daha tez tükənərdi.

Bəs niyə haqqında danışdığımız şeylər reklam kimi görünür?

Mosseri bu hadisəni açıqlayarkən deyib: "Bəzən danışmadan əvvəl reklamı görmüsünüz, amma bunun fərqində deyildiniz". O, tez sürüşdürülən reklamların şüuraltı zehnə təsir edə biləcəyini bildirib.

Bundan əlavə, şirkət dekabr ayında qüvvəyə minəcək yeni məxfilik siyasəti ilə süni intellekt məhsulları vasitəsilə toplanan istifadəçi məlumatlarını reklam hədəfləmə prosesinə daxil edəcəyini açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar