Ru
15:17 / 18 Avqust 2026

“iPhone 18 Pro” neçəyə satılacaq?

“iPhone 18 Pro” neçəyə satılacaq?
Eye

“Apple”ın “iPhone 18 Pro” modellərində istifadə edəcəyi “A20”və “A20 Pro” çiplərinin detalları məlum olub. Yeni prosessorların 2 nanometrlik texnologiya ilə istehsal ediləcəyi və daha yüksək performans təqdim edəcəyi gözlənilir.

“Bakupost” xəbər verir ki, “TSMC”nin 2 nanometrlik istehsal texnologiyası ilə hazırlanacaq çiplərin əvvəlki nəsillə müqayisədə təxminən 18 faiz daha yüksək performans göstərəcəyi, enerji sərfiyyatının isə 30 faiz azalacağı iddia edilir.

Bununla yanaşı, yeni texnologiyanın istehsal xərclərini ciddi şəkildə artıracağı gözlənilir. Məlumatlara görə, “A20” çipinin istehsal dəyəri “A19” ilə müqayisədə təxminən 80 faiz yüksək ola bilər.

Analitiklər artan istehsal xərclərinin “iPhone 18 Pro” modellərinin qiymətinə də təsir edə biləcəyini və cihazların 250-300 dollar bahalaşa biləcəyini bildirirlər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar