Ru
23:19 / 22 Aprel 2026

İran-ABŞ qarşıdurmasının nəticələri daha ağır ola bilər - Ərdoğan

İran-ABŞ qarşıdurmasının nəticələri daha ağır ola bilər - Ərdoğan
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, görüş zamanı Türkiyə-Almaniya münasibətləri, həmçinin regional və qlobal gündəmdəki məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, İranla ABŞ arasında baş verən qarşıdurma artıq Avropaya da mənfi təsir göstərməyə başlayıb və bu prosesə sülh yolu ilə müdaxilə olunmasa, nəticələri daha ağır ola bilər.

O, həmçinin qeyd edib ki, Türkiyə həm İran məsələsində, həm də Rusiya-Ukrayna müharibəsində diplomatik danışıqlar yolu ilə münaqişələrin sona çatdırılması və davamlı sülhün təmin olunması üçün səylər göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar