Ru
17:43 / 16 İyul 2026

İran ABŞ-yə şərt qoydu: Hörmüz boğazı açılmayacaq

İran ABŞ-yə şərt qoydu: Hörmüz boğazı açılmayacaq
Eye

İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-nin Hörmüz boğazında İranın hüquqi mövqeyini qəbul etməyəcəyi təqdirdə boğazın bağlı qalacağını bildirib.

“Bakupost” xəbər verir ki, o, bu barədə İranın rəsmi IRNA agentliyinə açıqlamasında deyib.

Əkrəminiyanın sözlərinə görə, Hörmüz boğazına nəzarət İran üçün strateji əhəmiyyət daşıyır və bu məsələdə geri addım atılmayacaq.

O bildirib ki, ABŞ İranın mövqeyini qəbul etməsə, boğaz bağlı qalmağa davam edəcək.

Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının əsas marşrutlarından biridir. Bu bölgədə gərginliyin artması qlobal enerji bazarında qiymətlərin yüksəlməsi riskini artırır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar