Ru
18:07 / 25 Sentyabr 2025

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır
Eye

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq.

Bakupost.az xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.

Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir.

Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək.

Fərzanə Sadiq qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri Rəşt-Astara dəmir yolu olacaq, həmçinin yüklərin daşınması ilə bağlı razılaşmaların da davam etdiriləcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar