Ru
17:33 / 25 Sentyabr 2025

Rusiya Çerniqovda kritik infrastruktura zərbələr endirdi

Rusiya Çerniqovda kritik infrastruktura zərbələr endirdi
Eye

Rusiya Ukraynanın Çerniqov şəhərində kritik infrastruktura zərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və Çerniqov şəhər hərbi administrasiyasının rəisi Dmitri Brıjinski bildirib.

Qeyd edilib kİ, saat 13:00 radələrində Hərbi Hava Qüvvələri Çerniqov və ətraf ərazilər üçün dron təhlükəsi barədə xəbərdarlıq edərək, yerli sakinləri sığınacağa çağırıb. Bir saat sonra xəbərdarlıq təkrarlanıb.

Saat 14:30-da Brijinski şəhərin hücuma məruz qaldığını bildirib.
"Rusiya qoşunları şəhərin mühüm infrastruktur obyektlərinə hücum edir. Təhlükəsiz yerlərdə qalın", - o vurğulayıb.

Öz növbəsində “Çerniqovvodokanal” su ehtiyatının yaradılması ilə bağlı sakinlərə müraciət edib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar