İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) dünən strateji əhəmiyyətli Hörmüz boğazında dəniz təlimlərinə başlayıb.
Bakupost.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
“Təlimlərin məqsədi SEPAH-ın dəniz qüvvələri tərəfindən həyata keçirilən “Hörmüz boğazının ağıllı idarəsi” adlı intensiv hərbi məşqlər, korpusun rəhbərinin nəzarəti altında keçirilir”, – deyə məlumatda deyilir.
Təlimin əsas hədəfi mümkün təhlükəsizlik və hərbi təhdidlər qarşısında əməliyyat qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaqdır.
Bu təlimlər ABŞ Prezidentinin keçən həftə ABŞ-ın ikinci aviadaşıyıcı gəmisini Yaxın Şərqə göndərmə planını açıqlamasından sonra baş verir. Tramp İranı hədəf almaqla bağlı hədələmələrini davam etdirir.
Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə danışıqlar yenidən bərpa olunub. Yeni danışıqlar sabah Oman vasitəçiliyi ilə Cenevrədə keçiriləcək.
Cavid, BakuPost