2026-cı ilin yanvar ayında Azərbaycan 129 min 933 ton buğda idxal edib. Bu həcmdə buğdanın dəyəri 28 milyon 871,7 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 43 min 278,75 ton (50%), dəyər baxımından isə 10 milyon 176,3 min ABŞ dolları (54,4%) çoxdur.
Bakupost.az xəbər verir ki, bu sözləri ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib.
“Azərbaycan 2025-ci ildə 20.13 min ton kərə yağı idxal edib və bunun ümumi dəyəri 145.31 milyon dollar təşkil edib. 2024-cü illə müqayisədə idxal həcmi 24.51 min tondan 20.13 min tona düşərək 18% azalıb. Buna baxmayaraq, ümumi dəyər 139.51 milyon dollardan 145.31 milyon dollara yüksələrək 4% artıb”, - o qeyd edib.
İqtisadçı bildirib ki, kərə yağında əsas təchizatçı İran olaraq qalır:
“Bu ölkədən idxal 14.23 min tondan 8.62 min tona enərək 39% azalıb, dəyər isə 69.25 milyon dollardan 50.97-yə düşüb. Orta qiymət 4.87 min dollardan 5.91-ə yüksəlib və 21.34% artıb. Yəni, İran yağının qiyməti 2025-ci ildə 21,34% artıb.
Yeni Zelandiyadan idxal 5.33 min tondan 4.27 min tona enib, yəni 19.96% azalıb. Dəyər 35.55 milyon dollardan 33.98-ə düşüb. Bir tonun orta qiyməti 6.66 min dollardan 7.96-ya qalxıb, yəni, Yeni Zelandiyadan gələn yağın qiyməti 2025-ci ildə 19.59% artım göstərib.
2025-ci ildə Azərbaycanda 26.58 min ton kərə yağı istehsal edilib: Bu, istehsalın 2024-cü ilə nisbətən 8.2% azalması deməkdir.
Kənd təsərrüfatı, aqrar sahə hökumət tərəfindən prioritet elan olunandan, əsasən də heyvandarlıq sahəsinə subsidiyalar ayrılandan sonra ölkədə iri buynuzlu mal-qara sayı 300 minə yaxın, qoyun-keçi sayı 1,7 milyon baş azalıb. Mal-qara sayı kəskin azalırsa, süd məhsulları istehsalı da azalmalıdır - azalır da, ət bahalaşmalıdır - bahalaşır da”.
Cavid, BakuPost