Ru
13:21 / 18 İyul 2026

İran İraqa hücuma hazırlaşır? - Sərhəddə qoşun yığır

İran İraqa hücuma hazırlaşır? - Sərhəddə qoşun yığır
Eye

ABŞ-nin İrana qarşı hərbi hücumunun üçüncü mərhələsi başlayandan sonra İran İraqla sərhəddə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir k, SEPAH-ın “Saberin” elit hərbi birliyinin 3 min xüsusi təyinatlısı, o cümlədən quru qoşunları və başqa hərbi qüvvələrinin bölmələrini, eləcə də ağır hərbi texnikanı Kürdüstan və Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgələrinə yerləşdirilib.

Mənbələr həmçinin tanklar, artilleriya qurğuları, “Katyuşa” raket atıcıları və çox sayda kəşfiyyat, kamikadze dronları da daxil olmaqla, ağır hərbi texnikanın bu ərazilərə köçürüldüyünü bildirib.
Eyni zamanda, sərhəd bölgələrində təhlükəsizlik tədbirləri və məhdudiyyətlərin gücləndirildiyi bildirilir. İran bu fonda İraq Kürdüstanındakı kürd silahlı qüvvələrin obyektlərinə də zərbələr endirməyə başlayıb. Məlumata görə bu zərbələr nəticəsində Süleymaniyə şəhəri, Zərgözlü yaşayış məntəqəsi 8 kürd silahlısı məhv edilib.
Görəsən, nə baş verir? İran bu əsasda İraq ərazisinə də daxil ola bilərmi?

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, mövcud situasiyada İranın İraq ərazisinə daxil olma ehtimalını istisna etmək olmaz:



“Son aylarda müxtəlif analitik mənbələrdə ABŞ administrasiyasının, xüsusilə Donald Trampın İran kürd müxalif qrupları ilə təmasları və onlardan İrana qarşı təzyiq elementi kimi istifadə etmək istədiyi barədə məlumatlar yer alıb. Lakin bu mövzuda yayılan xəbərlərin bir hissəsi rəsmi şəkildə təsdiqlənməyib və ehtiyatla qiymətləndirilməlidir.
Bu baxımdan İranın Qərbi Azərbaycan və Kürdüstan istiqamətlərində xüsusi təyinatlı qüvvələrini və digər hərbi birləşmələrini artırması təkcə İraq istiqamətindən mümkün hərbi əməliyyatlara hazırlıq kimi deyil, həm də İraq ərazisində yerləşən silahlı kürd qruplarının sərhədi keçərək hücum etmək ehtimalına qarşı qabaqlayıcı təhlükəsizlik tədbiri kimi izah oluna bilər. Bu, sərhəd təhlükəsizliyi və daxili sabitliyin qorunması baxımından Tehran üçün strateji əhəmiyyət daşıyır”.

Ekspert hesab edir ki, İraq ərazisindən silahlı kürd qruplaşmaları İrana qarşı əməliyyatlara başlasa, İranın cavab olaraq sərhədyanı bölgələrdə və ya həmin qrupların bazalarına qarşı hərbi tədbirlər görməsi mümkündür:

“Keçmiş illərdə də Tehran oxşar hallarda İraqın şimalındakı bəzi kürd silahlı qruplarının mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Buna görə də bu istiqamətdə hərbi qüvvələrin gücləndirilməsi İranın ehtiyat planının bir hissəsi kimi qiymətləndirilə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar