Ru
22:31 / 02 Sentyabr 2025

İran neftini İraq məhsulu kimi satan gəmiçilik şirkətlərini ABŞ belə cəzalandırdı

İran neftini İraq məhsulu kimi satan gəmiçilik şirkətlərini ABŞ belə cəzalandırdı
Eye

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi İraq nefti adı altında İran neftini qaçaqmalçılıq yolu ilə daşıdığına görə iş adamı Valid əl-Samarrainin rəhbərlik etdiyi gəmiçilik şirkətlərinə sanksiya tətbiq edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

"İraq terrorçular üçün təhlükəsiz sığınacaq ola bilməz, buna görə də ABŞ orada İranın təsirinə qarşı durmağa çalışır. Xəzinədarlıq İranın neft tədarükünü hədəfə almaqla rejimin ABŞ-yə və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etmə qabiliyyətini daha da zəiflədir. Biz İran xaric, azad neft tədarükünü təmin etməyə sadiq qalırıq və Tehranın ABŞ sanksiyalarını pozmaq üçün səylərini əngəlləməyi davam etdirəcəyik", - maliyyə naziri Skott Bessent bildirib.

Qeyd edək ki, sözügedən şəbəkə, əsasən, sanksiyalardan yayınmaq üçün İran neftini gizli şəkildə İraq neftilə qarışdırmaqla satır. Bu sxem əl-Samarraiyə yüz milyonlarla dollar gəlir gətirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar