Sosial şəbəkələrdə İran parlamentində millət vəkillərinin gizli pıçıldaşmalarını əks etdirən görüntülər yayımlanıb və bu böyük müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, görüntülərdə deputatlar bir-birinə yaxınlaşaraq qısa söhbətlər edir, sanki ölkədə baş verən geniş etiraz aksiyaları barədə “sirli planlar” müzakirə olunur.
İran mediası yazır ki, bu cür pıçıldaşmalar qanun layihələri və təkliflər üzərində səsvermədən əvvəl normal bir prosedurdur. Yəni deputatlar, necə deyərlər, ölkədə gərginlik davam edərkən öz “mini etirazlarını” parlament salonunda həyata keçirirlər.
İzləyicilər arasında bu görüntülər satirik şərhlərə də səbəb olub: “Xalq küçələrdə etiraz edir, millət vəkilləri isə parlamentdə pıçıldaşaraq “hərəkət planı” hazırlayır. Hər kəs öz işində!”
Görünür, parlamentdəki ən təhlükəli silah deputatların pıçıldaşan dilləridir – qanunları belə boğub-sindirmək potensialına malikdir.








Cavid, BakuPost