Biləsuvar Gömrük İdarəsinə yeni rəis təyinatı həyata keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb
Məlumata görə, bu vəzifəyə Ramin Seyidovun təyin olunub.
R.Seyidov bu təyinata qədər Astara Gömrük İdarəsində çalışıb.
Qeyd edək ki, yeni təyinat Biləsuvar Gömrük İdarəsinin sabiq rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyevin
vəzifədən azad edilməsindən sonra həyata keçirilib.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi.
Asena,
BakuPost