İranda iğtişaşlar artdıqca rejimin qəddarlığı da güclənir.
Bakupost.az xəbər verir ki, polisin və kəşfiyyat agentlərinin Kərəc şəhərində bir qadını küçədə sürükləyərək avtomobilə mindirdiyi ilə bağlı görüntülər yayılıb. Bu video sosial mediada “gün işığı altında zorla aparılma” statusu ilə paylaşılıb. Qadın rejim polisləri tərəfindən elektroşokla vurulub və oğurlanıb. Qaçırılan şəxsin kimliyi və taleyi barədə rəsmi məlumat yoxdur. Hələ media tərəfindən təsdiqlənməyən hadisənin mənbəyi sosial şəbəkələrdir.
Bu video son günlər İranda baş verən daha geniş etiraz dalğasının tərkib hissəsi kimi paylaşılıb. Etirazlar ölkə daxilində iqtisadi vəziyyət, milli valyutanın dəyər itirməsi və siyasi narazılıqlar səbəbindən davam edir. Beynəlxalq hüquq müdafiə təşkilatları bu zorakılıqların artdığını bildirir və insan haqları pozuntularına dair narahatlıqlarını ifadə edirlər.
Cavid, BakuPost