04:34 / 08 Oktyabr 2021

İran Prezidenti də Azərbaycanı ittiham etdi

5929
"İranın periferiyalarında İŞİD kimi terrorçu təşkilatların və sionist rejimin mövcudluğu ölkələrin sabitliyinə, regional təhlükəsizliyə ziddir və İran üçün qəbul edilməzdir".
IRNA agentliyinin oktyabrın 7-də verdiyi xəbərə görə, bunu İran Prezidenti İbrahim Rəisi hökumətin iclasında deyib.
Beləliklə, İran xarici işlər naziri Əmir Abdullahiyanın və digər rəsmilərin dilindən Azərbayca Respublikasına qarşı səslənən ittihamları İran Prezidenti də təkrar edib.
"İran İslam Respublikası öz milli maraqlarını müdafiə etmək üçün ayıq-sayıq və fəaldır", - deyə Rəisi çıxışında deyib.
Onun sözlərinə görə, regional təhlükəsizlik çoxsaylı regiondaxili mexanizmlərin yardımıyla təmin olunmalıdır, belə ki, pisniyyətli və ambisiyalı elementlərin buna müdaxiləsi millətin maraqlarına ziyan vurur.
İranla Azərbaycan münasibətləri son həftələrdə gərginləşib. İran Azərbaycanda "terrorçuların və sionistlər"in fəaliyyət göstərdiyinə dair şübhələrinin olduğunu bəyan edib. Gərginlik fonunda İran Azərbaycan sərhədləri yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirib. Həmçinin Azərbaycanın hərbi məqsədli təyyarələrinin İran hava məkanından istifadəsinə qadağa qoyub. Azərbaycan isə öz növbəsində Prezident İlham Əliyev səviyyəsində İranın Azərbaycan siyasətinə dair narazılığını ifadə edib. Həmçinin İranın ali dini lideri, Ayətullah Əli Xameneyinin Bakı nümayəndəliyinin fəaliyyətinə məhdudiyyət tətbiq edilib. İranla Azərbaycanın arasında münasibətlərin kəskinləşməsi fonunda İsrailin Azərbaycana ağır silahlar satmaq üzrə olduğu Türkiyənin isə öz sərhəd keçid məntəqələrində İranın yük maşınlarına məhdudiyyətlər tətbiq etdiyi bildirilir. Həmçinin Azərbaycanla Türkiyə Naxçıvanda yeni hərbi təlimlərə başlayıb
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər