Ru
11:54 / 07 Yanvar 2026

İran rejimi təşvişdə: Güney Azərbaycan şəhərlərinə qoşun yeridildi

İran rejimi təşvişdə: Güney Azərbaycan şəhərlərinə qoşun yeridildi
Eye

Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərində əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Iran International Güney Azərbaycanın Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, təhlükəsizlik qüvvələri və İran İslam Respublikasının hərbi birləşmələrinin müşahidə olunduğu bu şəhərlərdə xüsusi xidmət orqanlarının regional bölmələri siyasi və ictimai fəallara zəng edərək onları etiraz aksiyalarında iştirak etməməyə çağırır.

Hüquq-mühafizə orqanlarının nümayəndələri Cənubi Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını hədələyir və onların etirazlarda iştirakına mane olmağa çalışırlar.

Gülsüm, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar