Ru
16:03 / 08 Yanvar 2026

Azərbaycanlı gəmi kapitanı iş başında vəfat etdi- FOTO

Azərbaycanlı gəmi kapitanı iş başında vəfat etdi- FOTO
Eye

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibindəki Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zaur Mustafayev xarici ölkə sularında olarkən vəfat edib.

Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kapitanın gəmidə insult keçirərək öldüyü bildirilir.

Hazırda onun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Z.Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində doğulub. O, 1999-cu ildən Xəzər Dəniz Neft Donanmasında işləyib və donanmanın təcrübəli kapitanlarından hesab olunurdu.b və donanmanın təcrübəli kapitanlarından hesab olunurdu.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar