Auditoriya ilə əmək bazarı arasında uçurum: Dərs oxumaq bəs edirmi? - VİDEO
64
Müasir dövrdə ali təhsil sistemi qarşısında duran əsas məsələlərdən biri məzunların əmək bazarına nə dərəcədə hazır olmasıdır.
Hazırkı modeldə tələbələrin vaxtının böyük hissəsi auditoriyada nəzəri dərslərə sərf olunur və bu, onların ixtisas üzrə əsas bilikləri öyrənməsi üçün vacib hesab edilir. Lakin sürətlə dəyişən əmək bazarı şəraitində təkcə nəzəri biliklərin kifayət edib-etmədiyi sual doğurur.
Bu gün işəgötürənlər yalnız kitab biliyi olan deyil, həm də praktik bacarıqlara sahib, real iş mühitinə uyğunlaşa bilən mütəxəssislərə üstünlük verirlər. Bu baxımdan, tələbələrin baza nəzəri bilikləri mənimsədikdən sonra daha erkən mərhələdə praktik fəaliyyətə və istehsalat təcrübəsinə cəlb olunması daha məqsədəuyğun ola bilər.
Bəs mövcud ali təhsil modelində tələbələrin vaxtının əsasən nəzəri dərslərə ayrılması nə dərəcədə səmərəlidir və onların daha erkən praktikaya yönləndirilməsi təhsilin keyfiyyətinə və əmək bazarına hazırlığına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı BakuPost TV-nin suallarını gənc alim, fəlsəfə doktoru İlqar Orucov cavablandırıb: