Ru
18:37 / 04 Mart 2026

Müayinə adı ilə klinikaya gəlib, həkimin 5 min manatını oğurladı

Müayinə adı ilə klinikaya gəlib, həkimin 5 min manatını oğurladı
Eye

Ötən gün naməlum şəxs paytaxtın Səbail rayonundakı klinikaların birində həkimin çantasından beş min manat pulunu, bank kartlarını və şəxsi sənədlərini talayıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən A.Əliyev müəyyən edilərək saxlanılıb.

58 yaşlı şəxsin əvvəllər dəfələrlə məhkum olduğu məlum olub.

Sözügedən şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını müşahidə edərək oğurluq əməlini törədib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar