Ru
19:59 / 04 Mart 2026

Müctəba Xamenei gəlsə, İranı hara aparacaq? - VİDEO

 Müctəba Xamenei gəlsə, İranı hara aparacaq? - VİDEO
Eye

Dünya mətbuatında İranda tarixi dəyişiklik baş verdiyi ilə bağlı məlumatlar yayılıb. Uzun illər ölkəyə rəhbərlik edən Əli Xameneinin ölümündən sonra oğlu Müctəba Xameneinin İranın yeni Ali Rəhbəri seçildiyi və qərarın ölkənin ali dini-siyasi qurumu olan Ekspertlər Məclisi tərəfindən qəbul edildiyi deyilir.

İran Konstitusiyasına görə Ali Rəhbər irsi deyil, seçki yolu ilə təyin olunur. Lakin Müctəba Xameneinin bu vəzifəyə gəlməsi xəbəri ölkədə faktiki olaraq ailəvi varislik modeli formalaşdığı barədə müzakirələri artırıb.

Xameneinin ölümünə yas saxlayanlarla yanaşı, sevinən kütlə də var. Həmin şəxslər bu təyinatı dəyişiklik yox, “hakimiyyətin iris davamı” kimi qəbul edərsə, İranda daxili parçalanma daha da dərinləşə, yeni etiraz dalğası yarana bilərmi? Müctəba Xamenei Ali Rəhbər seçilərsə daha sərt, yoxsa daha yumşaq siyasət yürütməyə məcbur qalacaq? Müctəba Xamenei ABŞ və İsraillə danışıqlara gedib onların şərtini qəbul edəcək, yoxsa atasının kursuna sadiq qalacaq?

Mövzu ilə bağlı BakuPost TV-nin suallarını siyasi şərhçi Oqtay Qasımov cavablandırıb:

Gülsüm,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar