Ru
18:56 / 04 Mart 2026

İlqar Mustafayevin vəziyyəti pisləşdi, məhkəməsi təxirə düşdü

İlqar Mustafayevin vəziyyəti pisləşdi, məhkəməsi təxirə düşdü
Eye

Dənizkənarı Bulvar İdarəsinin 12 milyonluq mənimsəmə ittihamı ilə həbs edilən sabiq sədri İlqar Mustafayevin səhhəti pisləşib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu səbəbdən bugünkü məhkəmə prosesi keçirilməyib.

Hakim Leyla Əsgərova-Məmmədova deyib ki, İlqar Mustafayevin hazırkı vəziyyəti məhkəmədə iştirakını istisna edir. Eks-sədrin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirildiyi, hazırda həkim nəzarətində olduğu bildirilib.

Təqsirləndirilən şəxs ürək xəstəliyindən əziyyət çəkir. Müalicənin gedişindən asılı olaraq növbəti məhkəmənin keçirilmə günü müəyyən ediləcək.

Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “Girasol” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Sonuncu ikisi azadlıqdadır. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. Verilmiş ittihamlar sübuta yetirilsə, keçmiş vəzifəliləri 10 ildən artıq həbs cəzası gözləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar