Ru
18:28 / 04 Mart 2026

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı
Eye

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə telefon danışığı aparıb.

İran səfirliyindən Bakupost.az-a verilən məlumata görə, Şahin Mustafayev telefon danışığı zamanı İranın Ali Rəhbərinin və çox sayda İran vətəndaşının ölümü ilə bağlı başsağlığı verib.

Telefon danışığı əsnasında iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar