Ru
17:45 / 04 Mart 2026

Şəbnəm Tovuzlunun qızı cəzalandırıldı - Təhdid mesajları və səs yazısı yayıldı

Şəbnəm Tovuzlunun qızı cəzalandırıldı - Təhdid mesajları və səs yazısı yayıldı
Eye

Şəbnəm Tovuzlunun qızının yol hərəkəti qaydalarını pozması ilə bağlı videosundan sonra xanım müğənni yayılan xəbər və videoların silinməsini tələb edib.

Bakupost.az xəbər verir ki, daha sonra Şəbnəm Tovuzlu sosial şəbəkə hesabından Avtosfer.az-ın səhifələrini bağlatdırmaqla bağlı təhdid edən mesajlar və səs yazısı göndərib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Günel Hüseynova ilə profilaktik söhbət aparılıb, mövcud qanunvericiliyin tələbləri izah edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4 (Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə) və 329.1 (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) maddələri əsasında protokol tərtib olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar