Ru
17:15 / 03 İyun 2026

İran: Trampa qarşı sui-qəsd planı qurmamışıq

İran: Trampa qarşı sui-qəsd planı qurmamışıq
Eye

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-nin bir iranlının prezident Donald Trampa sui-qəsd hazırlaması ilə bağlı iddiasını rədd edib.

Bakupost.az xəbər verir ki, Bekayi bununla bağlı sosial media hesabından paylaşım edib.

ABŞ dövlət katibi Marko Rubio Konqresdə çıxışı zamanı bir İran agentinin Tramp da daxil olmaqla yüksək rütbəli Amerika siyasətçilərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirli bilindiyini söyləyib.

Bekayi isə bu ittihamların həqiqət olmadığını bildirib.

İranla müharibə zamanı Minab və Lamerd şəhərlərində ABŞ-nin mülki şəxslərə qarşı hücumlarını xatırladan Bekayi, "Qurban rolunu oynamaq sizi İran xalqına qarşı törətdiyiniz dəhşətli müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdən azad etmir. Hər bir ittiham bir etirafdır" – deyə qeyd edib.

Bilal, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar