Ru
21:39 / 02 Mart 2026

İrana hücum beynəlxalq hüququn pozulmasıdır - Ərdoğan

İrana hücum beynəlxalq hüququn pozulmasıdır - Ərdoğan
Eye

Türkiyə ABŞ və İsrailin İrana hücumu nəticəsində yaşanan savaşın dayandırılması üçün səy göstərir.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib.

"İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan bildirib və vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır.

"Hücumlarda İranın dini lideri Əli Xamenei, mülki və hərbi məsul şəxslər, günahsız uşaqlar həyatını itirib" , - Ərdoğan deyib və İran xalqına başsağlığı verib.

Türkiyə Prezidenti çıxışının davamında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirib və atəşkəsin əldə olunmasının vacibliyini qabardıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar