Ru
16:58 / 18 Oktyabr 2021

"İranda həbs olunan azərbaycanlıları müdafiə etməliyik” - Əliməmməd Nuriyev

6054
Məlum olduğu kimi, Cənubi Azərbaycanda 12 nəfər fəal 2020-ci ilin sentyabrın 29-da Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçiriblər.

Aksiya zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və “Amnesty İnternational” təşkilatına müraciət edib.

Məsələ ilə bağlı "Konstitusiya"Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Bakupost.az -a bildirib ki, böyük məmnuniyyətlə həmin müraciətə qoşulur:

“Hesab edirəm ki, İranda insan hüquq və azadlıqlarına hörmət etməyən bir hökumət mövcuddur. Xüsusilə insanların sərbəst toplaşmaq, birləşmək, milli mədəniyyətə malik olma azadlığına hörmət etmək baxımından İran konstitusiyasında çox gözəl sözlər yazılıb. Amma bu sözlər yalnız kağız üzərində qalmaqdadır. İran eyni zamanda islam ölkəsi olaraq insanların milli ləyaqət hissinə də hörmət etməlidir. Dinimiz də bunu tələb edir. Amma hazırkı İran hökuməti islamçılıqdan çox uzaqdır”.

Əliməmməd Nuriyev hesab edir ki, İranda yaşayan 40 milyona yaxın azərbaycanlı milli haqlara malik olmalıdır, onların muxtariyyət imkanları genişlənməlidir:

“Amma burada heç bir hüquq və azadlıqlardan söhbət gedə bilməz. Xüsusilə azərbaycanlılara, türklərə daha amansız münasibətin şahidi oluruq.

Onlar həm də işğalçı Ermənistana açıq şəkildə xidmət göstərirlər. İran rejimi 30 il ərzində işğalçını yedirtdi. Həmçinin 44 günlük Vətən Müharibəsində işğalçı Ermənistan ordusuna neft, benzin, hərbi sursatlar göndərməklə bilavasitə dəstək verdilər”.


Hüquqşünas qeyd edib ki, İranın bu rəftarlarına dünya ictimaiyyəti münasibət bildirməlidir:

“İran hökuməti Suriyadan tutmuş Əfqanıstana qədər bütün bu coğrafiyada hər kəs üçün bir təhdid yaradır. Ona görə də hesab edirəm ki, beynəlxalq birlik hazırkı İran hakimiyyətinə öz yerini göstərməlidir. Beynəlxalq ictimaiyyətlə geniş miqyaslı fəaliyyət qurmalıyıq. Burada söhbət İran hakimiyyətindən gedir, İran xalqından yox.

İranda bizim soydaşlarımız yaşayır, onlar haqsızlıqlar, zülmlərlə üzləşirlər. Onlara qarşı zülm ərşə dayanıb. Ona görə də bu zülmə qarşı çıxmaqda biz hüquq müdafiəçiləri onlara dəstək verməliyik”.

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
  • Mubariz

    Mamed niye az deyirsen 30 yoox 72 milyondur????Belke demek isteyirsen Turkuyede 49 nilyon Kurd yasayir.Onlar haqlari taptalanir.Oz ata yurdlarindan didergin sakiniblar Hetta Konstantinopol Kurd seheri olub vaxtiken?,,!

  • Niyaməddin

    Azərbaycan. Könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan! Xoş günlərin getmir müdam, xəyalımdan Azərbaycan!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər