Ru
22:07 / 03 Oktyabr 2025

İranda helikopter qəzası: Göyərtədə 8 nəfər olub

İranda helikopter qəzası: Göyərtədə 8 nəfər olub
Eye

İranın Luristan əyalətində helikopter qəzası baş verib. Bu barədə Qızıl Aypara Təşkilatının bölgə üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.

Bakupost.az xəbər verir ki, helikopter Oştorankuh dağ massivində 4 000 metr yüksəklikdə itkin düşən qadının axtarış-xilasetmə əməliyyatı üçün göndərilib. Lakin uçuş zamanı hava gəmisində nasazlıq yaranıb və o, 2 800 metr hündürlükdə qəzaya uğrayıb.

Məlumata görə, göyərtədə 8 nəfər olub. Hazırda hadisə yerinə Luristandan altı əməliyyat qrupu cəlb edilib, axtarış və xilasetmə işləri davam etdirilir.

Qəza bölgədə hava şəraitinin çətinliyi fonunda baş verdiyi bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar