Ru
22:36 / 14 Avqust 2025

İrandan Azərbaycana növbəti hücum: Görün, indi nədə ittiham edirlər?!

İrandan Azərbaycana növbəti hücum: Görün, indi nədə ittiham edirlər?!
Eye

İranın yarım-rəsmi “Mehr Nyus” agentliyinin Beynəlxalq Əlaqələr və Xarici Xəbərlər üzrə baş direktoru Məhəmməd Rza Muradi Azərbaycan əleyhinə ittihamlar səsləndirib.

Bakupost.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, o, Azərbaycanın 2020-ci ildə Qarabağ Müharibəsindən sonra imzalanan üçtərəfli atəşkəs razılaşmasının əsas müddəalarından birini "pozduğunu" iddia edib.

Muradi iddia edib ki, Azərbaycan Qarabağda məskunlaşdırılmış ermənilərlə İrəvan arasında təhlükəsiz əlaqəni təmin etməli idi, ancaq bu vəd yerinə yetirilməyib.

Habelə o, Zəngəzur dəhlizi layihəsini İran və digər regional aktorlar üçün təhdid kimi qələmə verib.

Qeyd edək ki, iranlı jurnalistin Azərbaycana qarşı irəli sürdüyü ittihamlar tamamilə qərəzli və əsassızdır. Bundan əlavə, onun Zəngəzur dəhlizini təhlükə mənbəyi kimi təqdim etməsi tamamilə yanlışdır. Muradinin iddiaları sadəcə Azərbaycana qarşı nifrət və qərəzi əks etdirir və bölgədə sülh və əməkdaşlığa ciddi zərbə vurmağa hesablanıb.

Asena
BakuPost

Şərhlər
  • B.Qarabağlı

    İzzətli Asena və BakuPost, nədən dünyəvi dəyərli media məkanını boşuna-kakadu atmacasına sərf edirsiniz? *Mehr Nyus*un Baş Direktoru prinsipcə, Ermənistan dövlətinin, yozma *Artsax*la qərbi və Qarabağ soyköklü azərbaycanlılara qarşı tətbiq etdiyi kütləvi deport və hərbi genosid cinayətlərinə adekvat *təhlükəsizlik* tədbirinə eyham edir? Müzəffər Prezident İ.H.Əliyev operativcə Xankəndini Ermənistanla birləşdirən yeni 2ci yolu çəkdi və Qarabağ ermənilərinin təhlükəsizliyi üçün elə oradaca toplanmış əsasən xarici və hərbi terror arsenalının təslimi, ya çıxarılmasını demək olar ki, üç il gözlədi! Onlarsa, R.Vardanyanla *torpağınızı-sərvətinizi torba-tır Ermənistana, Avropaya daşıyarıq!* ultimatumu ilə Azərbaycan dövlətini-nazirlik nümayəndəliyini Qarabağa buraxmadılar?

  • Nizami Xəmbətov

    Bu iranli tulalar yenə Zəngəzurdan keçməsi təsdiqlənən karvanın arxasinca hürməyə başlayirlar. El məsəli var: Karvan kecər it hürər. Hürən itlər keçən karvana nə edə bilər?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar