Ru
15:53 / 09 Aprel 2026

İranla ABŞ arasındakı atəşkəs Cənubi Qafqaza necə təsir edəcək?

İranla ABŞ arasındakı atəşkəs Cənubi Qafqaza necə təsir edəcək?
Eye

Adətən başa çatan müharibələrin, hətta əldə edilən atəşkəs rejiminin belə bütün regiona ciddi təsirləri olur. Prosesin gedişindən asılı olaraq belə vəziyyətlər müharibənin getdiyi yaxın coğrafiyalarda da müəyyən dəyişikliklərə rəvac verə bilir. Artıq İranla ABŞ arasında, bəzi xırda toqquşmaları çıxmaq şərtilə atəşkəs hökm sürür. Bu mənada cəmiyyətimizi düşündürən məsələlərdən biri də İranla ABŞ arasında olan mövcud vəziyyətin Cənubi Qafqaza təsirləridir.

Siyasi şərhçi Abutalıb Səmədov Bakupost.az-a bildirib ki, indiki şəraitdə əldə edilən atəşkəs rejiminin Cənubi Qafqazda təsirinin olmayacağını düşünür.

“ABŞ-la İran arasında atəkəs haqqında razılaşma təbii ki, Cənubi Qafqazda heç nəyi dəyişmir və dəyişməyəcək. Çünki onun müddəti cəmi iki həftədir. Atəşkəsin yaratdığı mövcud vəziyyətin Cənubi Qafqaza hər hansı bir təsiri olmayacaq. Mövcud vəziyyət Tehranın Cənubi Qafqazda, hətta ayrıca götürsək, regionun hər hansı bir ölkəsində belə, nüfuzunun artmasına gətirib çıxarmayacaq. Cənubi Qafqazda vəziyyət əvvəlki axarı ilə davam edəcək.

Danışıqlar da İranın şərtləri əsasında keçirilir və həmin şərtlərin dəqiq nədən ibarət olduğu da aydın deyil. Vaşinqton danışıqların İranın elan etdiyi şərtlərlə getməyəcəyini bildirib. Hər iki tərəf özünü qalib elan edir. Belədə, tərəflərin kompromisə getmək istəkləri hiss olunmur”.

Ekspertə görə əslində, müharibə edən hər iki tərəf məğlubdur:

“ABŞ öz məqsədinə çatmadığına, İran isə dəyən zərərə görə məğlub tərəfdir. Bu səbəbdən iki həftədən sonra nəyin baş verəcəyi sual altındadır. Razılığa gəlinməyəcəyi də aydındır. İki-üç həftədən sonra hərbi əməliyyatların yenidən başlanması da tamamilə mümkündür. Bir sözlə, razılığa gəlmək ehtimalı yoxdur. Atəşkəsin necə gün davam edəcəyi də sual altındadır. Belə şəraitdə İranın güclənərək, çəkisini artıracağını demək qeyri-mümkündür. Tehran ətraf dövlətlərin əksəriyyətini özünə düşmən etdi. Hərbi və iqtisadi potensialı xeyli azaldı. Sanksiyalar yəqin bundan sonra da davam edəcək”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar