ABŞ Prezidenti Donald Tramp dünən “Air Force One” təyyarəsində bu gün Cenevrədə başlaması planlaşdırılan İran və ABŞ arasındakı danışıqlarla bağlı açıqlama verib. Tramp iddia edib ki, Tehran müqavilə bağlamaq istəyir.
Bakupost.az "Röyers"ə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bu görüşlərə dolaylı olaraq qatılacağını və çox önəmli görüşlər olacağını bildirib.
Tramp müqavilə əldə olunma ehtimalı ilə bağlı suala cavabında qeyd edib ki, İran sərt danışıqlar aparmaq istəyir, amma ötən yay ABŞ‑ın İranın nüvə obyektlərinə zərbə endirməsi nəticəsində bu sərt tutumun nəticələrini öyrənib:
"İranlıların bu dəfə danışıqlar aparmaq üçün bir səbəbləri var. Düşünürəm ki, müqavilə bağlamamanın nəticələrinə qatlanmaq istəmirlər”.
ABŞ Yaxın Şərqə ikinci bir aviadaşıyıcı göndərib, bu da regionda artan gərginliyi göstərir.
ABŞ rəsmiləri bildiriblər ki, danışıqlar uğursuz olsa, ordu uzunmüddətli hərbi əməliyyat imkanına hazırdır.
İyunda ABŞ və İsrail birlikdə İranın nüvə obyektlərinə zərbə endirdikdən əvvəl, ABŞ və İran arasındakı danışıqlar Vaşinqtonun Tehrandan uran zənginləşdirmə fəaliyyətindən imtina tələb etməsi səbəbilə dayanmışdı.
ABŞ hesab edir ki, bu fəaliyyət İranın nüvə silahı əldə etməsinə yol aça bilər.
İran Mülki Müdafiə Təşkilatı dünən mümkün hadisələrə qarşı hazırlığını artırmaq məqsədilə Pars Xüsusi İqtisadi Enerji Zonasında kimyəvi silah hücumuna qarşı müdafiə təlimləri keçirib.
Cavid, BakuPost