Ru
12:54 / 03 Dekabr 2025

İranlı alimlərin Rusiya səfərinin gizlinləri – Tehran lazer silahı alır?

İranlı alimlərin Rusiya səfərinin gizlinləri – Tehran lazer silahı alır?
Eye

Bir müddət əvvəl “Financial Times” qəzeti İranın nüvə sahəsində çalışan alimlərinin Rusiyaya ikinci dəfə gizli səfər etdiyini açıqlamışdı. Analitiklər bu səfəri nüvə silahı istehsalı ilə əlaqələndirirdi. Sən demə, Rusiyaya ikinci gizli səfərinin məqsədi nüvə silahı deyilmiş.

Bakupost.az xəbər verir ki, ABŞ mərkəzli “Institute for Science and International Security”nın (ISIS) yeni hesabatında bildirib ki, burada məqsəd lazer əsaslı silah sistemləri əldə etmək və ya bu sistemləri inkişaf etdirmək olub.

Səfərin zamanı Rusiyanın “Laser Systems” adlı şirkəti ilə görüş keçirildiyi bildirilir.

Hesabatda qeyd olunur ki, İranın hazırkı texnoloji səviyyəsi nüvə silahı testlərinin bəzi növlərini həyata keçirməyə imkan verir. Buna görə Rusiyadan “çox yüksək səviyyəli lazer diaqnostika texnologiyası” almaq zəruri hesab olunur. Səfərin də məhz “lazer silahları” kimi yüksək texnologiyalı hərbi sistemlərlə bağlı müzakirələr aparmaq üçün edildiyi ehtimal olunur.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar