Ru
12:09 / 31 Mart 2026

İsfahan 907 kq olan bombalarla vuruldu - VİDEO

İsfahan 907 kq olan bombalarla vuruldu - VİDEO
Eye

ABŞ hərbi qüvvələri İsfahanda böyük silah-sursat anbarına zərbələr endirib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Anbarın çəkisi 907 kq olan bunker əleyhinə bombalarla vurulduğu bildirilir. Partlayışlar hərbi mövqelərin yerləşdiyi güman edilən Soffeh dağı yaxınlığında baş verib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İsfahanda çəkildiyi iddia edilən güclü partlayışların görüntülərini paylaşıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar