İstanbul Fetihdə bir zərgərlik dükanında çalışan kişi 3 il ərzində sezdirmədən qızıl oğurlayıb. Bu müddət ərzində əldə etdiyi 3 kiloqramlıq qızıl zinət əşyalarını satıb pula çevirib.
"Bakupost" xəbər verir ki, Onur Y. adlı kişi oğurluğunun üstü açılanda cəmi 600 qram götürdüyünü etiraf edib. Dükan sahibinə bir avtomobil və 1 milyon lirə verərək məsələni polissiz həll edib. Lakin bir müddət sonra kassa və mal sayını dərindən yoxlayan müdir 3 kq-lıq qızıl əskikliyi görür. Lakin bu dəfə işçi günahını etiraf etməyib.
O, Tekirdağda arvadının adına ev alanda işin üstü açılıb.
Məhkəmə satıcının 40 min lirə maaş və 25 min təqaüdlə cəmi 2 ilə bu dəyərdə evi və maşını ala bilməyəcəyi qənaətinə gələrək, ona həbs cəzası verib. Prokurorluq alınan evə də həbs qoyub.
Aygün Musayeva,
BakuPost