Ru
14:50 / 30 Oktyabr 2026

İsmayıllı “DOST Evi” filialında ictimai dinləmə keçirilib - FOTO

İsmayıllı “DOST Evi” filialında ictimai dinləmə keçirilib - FOTO
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonundakı “DOST Evi” filialında ictimai dinləmə keçirilib. Tədbir DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub.

“İnklüziv cəmiyyətin qurulması” mövzusunda keçirilən dinləmənin əsas məqsədi ictimaiyyətlə açıq dialoqun gücləndirilməsi və inklüziv cəmiyyətin təşviqi istiqamətində rəy və təkliflərin öyrənilməsi olub.

Tədbir “İctimai iştirakçılıq haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunub. Dinləmədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Şamaxı və İsmayıllı rayonları üzrə fəal şəxslər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Şahin Əliyev Agentliyin fəaliyyəti və hədəfləri barədə iştirakçılara məlumat verib. İnklüziv cəmiyyətin qurulması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və yaradıcı potensialının dəstəklənməsi istiqamətində görülən işlərdən bəhs edilib. İctimai iştirakçılıq və inklüzivliyin DOST modelinin əsas prinsiplərindən olduğu vurğulanıb.

Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar filialda əlilliyi olan şəxslər üçün yaradılan şərait və təlim bölmələri ilə tanış olub və onlara “DOST Evi”nin fəaliyyəti ilə bağlı məlumat verilib.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar