Ru
18:34 / 16 Sentyabr 2017

İsmayıllıda ağır qəza - 2 ölü, 4 yaralı var/ YENİLƏNİB

İsmayıllıda ağır qəza -  2 ölü, 4 yaralı var/ YENİLƏNİB
Eye

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
 

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayonunun Qalıncaq kəndinin sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nömrə nişanlı VAZ 21015 minik avtomobili qarşı tərəfdən gələn 90-UT-602 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində sürücü E. Abdullayev, rayonun Qəzli kənd sakinləri - 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu, 2011-ci il təvəllüdlü Abdullayev Rəsul Şaban oğlu, 1992-ci il təvəllüdlü Abdullayev Şərif İsrail oğlu və 1995-ci il təvəllüdlü  Abdullayev İmam  Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

İsmayıllı sakinləri - 1993-cü il təvəllüdlü Allahverdiyev Qərib İsmayıl oğlu və 1998-ci il təvəllüdlü İsmayılov Qalib Əllədin oğlu isə aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

 

***

16:44

 

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində "Mercedes” və "VAZ 21015” markalı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  


BakuPost
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar