Ru
18:07 / 01 Dekabr 2025

İspaniyada neonasistlərə qarşı əməliyyat – Həbs edilənlər var

İspaniyada neonasistlərə qarşı əməliyyat – Həbs edilənlər var
Eye

İspaniya polisi Avropa Birliyinin terror siyahısında yer alan neonasist “The Base” təşkilatı ilə əlaqəli dəstəni zərərsizləşdirib. Rəsmi açıqlamaya görə, bu, ölkədə sözügedən təşkilatla bağlantısı təsdiqlənmiş ilk qrupdur.

Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki, Kastelyon bölgəsində aparılan əməliyyat zamanı üç nəfər saxlanılıb. Onlardan biri dəstənin rəhbəri hesab olunur və barəsində həbs-qətimkan tədbiri seçilib.

Axtarış zamanı iki odlu silah, yeddi təlim silahı, sursat, 20-dən çox bıçaq, müxtəlif avadanlıqlar və neonasist təbliğatı materialları ələ keçirilib.

Hadisə İspaniyada son illər ifrat sağ ideologiyalara marağın artdığı bir dövrə təsadüf edir. Ölkədə keçirilən sorğular gənclər arasında milliyyətçi qruplara dəstəyin yüksəldiyini göstərir.

2018-ci ildə ABŞ-da Rinaldo Nazzaro tərəfindən yaradılan “The Base”, demokratik institutların zorakılıq yolu ilə dağıdılmasını hədəfləyən akselerasionist ideologiyanı müdafiə edir. Polisin məlumatına görə, İspaniya qrupunun lideri təşkilatın qurucusu ilə birbaşa təmasda olub. Qeyd olunur ki, son həftələrdə müxtəlif ölkələrdəki qrupların “birləşdirilməsi” çağırışı edilib.

Şübhəlilər yüksək səviyyədə radikallaşmış, hərbi hazırlıq keçmiş və konkret hədəflərə hücum planlaşdırmağa hazır vəziyyətdə olublar. Sosial şəbəkələr onların tərəfdar toplamaq üçün istifadə etdikləri əsas platforma olub.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar