Siyasi şərhçi Məhəmməd Əsədullazadə iddia edir ki, Azərbaycan İsraildəki səfirini geri çağırıb.
O bildirib ki, İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması, Türkiyəyə qarşı düşmənçilik siyasəti Azərbaycanda narahatlıq yaradıb.
Onun sözlərinə görə, qəbul edilən bu qondarma “soyqırım” qətnaməsi birbaşa Azərbaycan-Ermənistan normallaşma prosesinə də zərbə vurur.
M. Əsədullazadə Azərbaycanın düzgün siyasət yürütdüyünü də qeyd edib.
Amma onu da qeyd edək ki, Azərbaycanın İsraildən öz səfirini məsləhətləşmələr üçün geri çağırdığı barədə hələlik heç bir rəsmi məlumat yoxdur.
Politoloq Zərdüşt Əlizadə
"Bakupost"a bildirib ki, məlumat doğrudursa, atılan addımın səbəbi də anlaşılandır:
“Çünki İsrail Türkiyəyə qarşı qərəzli, düşmənsayağı qərar çıxarıb. Fələstin xalqına qarşı qətliam törədən İsrail müttəfiqimiz Türkiyəyə qarşı saxta “soyqırımı” tanımaqla bağlı düşməncəsinə bir qərar verib”.
Ekspert qeyd edir ki, İsrailin atdığı bu qərarın əhəmiyyəti “sıfır”a bərabərdir:
“Çünki Qəzzada törətdiyi vəhşiliklərdən sonra İsrailin artıq “bir qəpiklik belə” hörməti qalmayıb ki, qəbul etdiyi qərarların da hansısa mənəvi-siyasi əhəmiyyəti olsun. Azərbaycan müttəfiqi Türkiyənin mənafeyinə toxunan belə bir qərara qarşı münasibət bildirməli idi”.
Politoloq səfirin geri çağrılmasının ilkin işarə olduğunu da istisna etmədi:
“İsrail bir qədər də dərinə getsə, əlaqələr kəsilə bilər. Azərbaycan İsraildən asılı deyil, əksinə, onlar bizdən asılıdırlar”.
Rüfət Sultan,
BakuPost
Azərbaycan İsraildən səfirini indi deyil, mənim şəxsi fikrimcə Fələstində son illərdə qırğınları törıdəndə çağırmalı idi. Bunu Türkiyənin xatirinə atılan bir addım kimi mənalandırmaq lazım deyil. Bu qırğını deyək ki, İngiltərə hansısa bir ölkədə törədib, məsəlçün də, onda İngiltərəyə qarşı dünya dövlətləri etirazını bildirməli, hətta səfirlərini bu ölkədən çağırmalıdlrlar. Bax budur insanlıq naminə insanlara, dövlətlərə dəstək olmaq, həmrəy olmaq. Azərbaycan hökuməti bunu etmədi, nədi, nədi İsrail Azərbaycana silah satıb, nə vaxtsa, it əyyamında bizim lehimizə danışıb. Əslində belə olmamalıdır, dövlət siyasəti aktyorluq deyil ki, bu gün bir sifətdə, o biri gün başqa sifətdə olasan, o da nəyinsə xatirinə. Azərbaycan İsrailə o vaxt etiraz etməliydi ki, ay İsrail, niyə yazıq və günahsız Fələstin körpələrini bombard msn edib öldürür sən. Türkiyə bunu etdi, Azərbaycansa yox.
Azərbaycan prezidenti indiyə qədər bir açıqlama verməyib,hansı saytı açırsan paşenyan belə dedi helə dedi.Baş açmıram Azərbaycan mediasının qəhramanı olmuş bu erməni dığasından bizə nə,ay bala israil erməni soyqırımını tanıyıb artıq indi yox çoxdan nə mız mız deyirsiz,bir dəfəlik deyin ki,israil Türkiyəilə düşmənçilik edib bizə nə yazında ta,nə uzadırsız Paşeniyan qəbul etdi etmədi,əsas Azərbaycan prezdentinin fikridi o nə deyə bilər bu israilə
Bu şərhçi hiss olunur ki, farspərəstdir və İzrailə kin qusmağq məqam axtarırmış. 1-ci İzrail deməyi bu ekpertin savadından xəbəe verir. Çünki Netanyahu hökümətinin səriştəsizliyini İzrailə yükləmək olmaz. 2-ci bu ejpert hələdə bilmirki İzrail Azərbaycan dostluğu 3-5 günün dostluğu deyilki 3-5 günədə sıfıra enə.
Yarım əsr öncə İsrael əhalisi Azərbaycan əhalisimin yarısı qədər, ərazisi, maddi və təbii sərvətləri də dəfələrlə az idi, Azərbaycana doğma qardaş Tel-Evev yarım əsrdən çox il+bə+il ətraf ərazilər və məhsuldarlıq hesabına yüksək texniki-iqtisadi tərəqqiyə Nail olub. Tək, avropa dövlətlərinə ixrac məbləği Azərbaycanın büdcəsindən çoxdur!