Ru
15:21 / 16 Aprel 2026

İsrail-Livan gərginliyi: 34 ildən sonra ilk görüş olacaqmı?

İsrail-Livan gərginliyi: 34 ildən sonra ilk görüş olacaqmı?
Eye

ABŞ prezidenti Donald Trump İsrail və Livan liderlərinin təxminən 34 ildən sonra ilk dəfə görüşəcəklərini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o Josef Aoun ilə Benjamin Netanyahu arasında telefon danışığı planlaşdırıldığını və bu gün baş tuta biləcəyini bildirib.

Lakin Livandan olan iki yüksək vəzifəli mənbə belə bir danışıqla bağlı heç bir məlumata malik olmadıqlarını bildirib.
Digər tərəfdən, İsrailli rəsmilər görüşün baş tutacağını təsdiqləyib.

Tramp sosial media paylaşımında bildirib ki, məqsəd İsrail və Livan arasında “bir az nəfəs almaq üçün məkan” yaratmaqdır. Bu mümkün təmas iki ölkə arasında uzun illərdir davam edən gərginliyin azalması baxımından mühüm addım kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, belə bir dialoq regionda sabitlik üçün yeni mərhələnin başlanğıcı ola bilər.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar