Ru
19:26 / 25 Dekabr 2025

İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv etdi

İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv etdi
Eye

İsrail Müdafiə Ordusu (IDF) Livana zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin məhv edildiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti "X" hesabında məlumat yayıb.

"Bu gün Livanın Nabatiya rayonunda IDF və ŞABAK son illərdə Suriya-Livan istiqamətində İsrailə qarşı planların hazırlanmasında və təşviqində iştirak edən SEPAH-ın əsas döyüşçülərindən biri Hüseyn Mahmud Marşad əl-Coharini məhv edib", - məlumatda deyilir.

Qeyd olunur ki, o, SEPAH-ın xarici əməliyyatlarının planlaşdırılması və koordinasiyasına görə məsul olan "840-cı bölmə"nin tərkibində fəaliyyət göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar