Ru
19:43 / 25 Dekabr 2025

Rusiya ordusu Donetskə zərbələr endirdi: ölən və yaralılar var

Rusiya ordusu Donetskə zərbələr endirdi: ölən və yaralılar var
Eye

Ukraynanın Donetsk vilayətində sakinlərin təxliyəsi zamanı Rusiyanın dron zərbələri nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, bunu şəhər hərbi administrasiyasının rəhbəri Sergey Qorbunov bildirib.

"Konstantinovkada təxliyə missiyası zamanı bir könüllü düşmən dronunun zərbəsi nəticəsində həlak olub. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər dərhal Drujkovka şəhər xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir. Onlar təhlükəli zonalardan insanların çıxarılması ilə məşğul olurdular", – açıqlamada qeyd olunub.

Qorbunov əlavə edib ki, hücum nəticəsində "Kramatorsk Könüllülər Birliyi" ictimai təşkilatına məxsus minik avtomobili də zədələnib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar