Ru
20:12 / 03 Mart 2026

İsrail Tehran və İsfahanda bir sıra hökumət obyektlərinə zərbələr endirdi

İsrail Tehran və İsfahanda bir sıra hökumət obyektlərinə zərbələr endirdi
Eye

İsrail Hərbi Hava Qüvvələri Tehran və İsfahanda bir sıra hökumət obyektlərinə zərbələr endiriblər.

Bakupost.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

SAXAL İsfahanda, həmçinin İsrail dövlətinə qarşı istifadə üçün nəzərdə tutulmuş raket buraxılış qurğularını və raket anbarlarını hədəf alıb.

"SAXAL silah, xüsusilə də İsrail üçün ekzistensial təhlükə yaradan ballistik raket istehsalı üçün istifadə olunan sənaye obyektlərinə zərbələr endirib", - deyə məlumatda bildirilir.

Məlumata görə, paytaxtda yerləşən Mehrabad hava limanı da hücuma məruz qalan obyektlərdəndir. Zərbədən sonra hava limanı ərazisindən qalın qara tüstü qalxıb və şəhərin müxtəlif nöqtələrindən müşahidə olunub.

Hava limanının bəzi hissələrində ciddi dağıntıların olduğu bildirilir. Tehran səmasında bir müddət uçuşların məhdudlaşdırıldığı qeyd olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar