Ru
22:16 / 28 İyun 2026

İsraildən erməniləri sevindirən qərar – Azərbaycan nə edəcək?

İsraildən erməniləri sevindirən qərar –  Azərbaycan nə edəcək?
Eye

İsrail hökuməti 1915-ci il hadisələrini rəsmi şəkildə “erməni soyqırımı” kimi tanıyan qərarı təsdiqləyib.

Bu qərarın arxasında hansı səbəblər dayanır? İsrailin qərarı onun Azərbaycanla münasibətlərini zədələyəcəkmi?

Bakupost.az Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov İsrail hökumətinin qərarı siyasi xarakter daşıyır deyib.

“Nəzərə alsaq ki, uzun illər bu iddianın əsas əleyhdarlarından biri məhz İsrail olub. İsrail indiyədək bu məsələnin tarixi əsasının olmadığını bildirir və tarixdə yəhudi xalqına qarşı törədilən soyqırımın unikal hadisə olduğunu vurğulayırdı. Hazırda isə İsraildə hakimiyyətdə olan radikal sağçı hökumətlə Türkiyə arasında münasibətlər gərgindir. Bu fonda İsrail Ankaraya siyasi təzyiqləri artırmağa çalışır və bunun üçün müxtəlif vasitələrdən istifadə edir. Yunanıstan və Cənubi Kiprlə əməkdaşlığın gücləndirilməsi, eləcə də Suriyada toqquşan maraqlar fonunda atılan addımlar da bu siyasətin tərkib hissəsidir. Türkiyənin regionda artan nüfuzu və təsir imkanları İsrailin Yaxın Şərq siyasəti ilə üst-üstə düşmədiyi üçün bu qərar Ankaraya qarşı siyasi mesajdır. Hesab edirəm ki, buna bənzər addımları daha əvvəl də bir sıra dövlətlər atıb. Lakin onların heç biri Türkiyənin siyasi mövqeyinə və ya hüquqi statusuna təsir göstərməyib”.

Politoloq bildirib ki, hətta Ermənistan hakimiyyəti də bu məsələdən əvvəlki kimi istifadə etmir:

“Bu da həmin iddiaların tarixi əsasları ilə bağlı yanaşmaların dəyişdiyini göstərən amillərdən biridir. Yəni İsrail hökumətinin qərarı tarixi deyil, siyasi motivlərlə qəbul olunub və Türkiyəyə qarşı təzyiq göstərmək məqsədi daşıyır. Bu baxımdan onun Türkiyə üçün nə siyasi, nə də hüquqi baxımdan hər hansı məcburedici əhəmiyyəti var”.

Oqtay Qasımov qeyd edib ki, bu qərar Azərbaycan-İsrail münasibətlərinə ciddi təsir göstərməyəcək:

“Rəsmi Bakı prosesi diqqətlə izləyir və İsrail hökumətinin bu addımı müsbət qarşılanmır. Azərbaycan qondarma “erməni soyqırımı” iddialarını qəbul etmir və onları siyasi məqsədlərlə irəli sürülmüş yanaşma hesab edir. Bütün hallarda rəsmi Bakı İsrail hökumətinin bu addımını nəzərə alacaq və gələcək münasibətlərdə öz milli maraqlarından çıxış etməyə davam edəcək. Çünki İsrailin atdığı addım təəssüf doğurur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar