Yəməndəki husi üsyançıları İsrailin paytaxtı Təl-Əvivi raket atəşinə tutub.
Bakupost.az xəbər verir ki, hücumlar səbəbindən Ben-Qurion hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
Şəhərdə hava həyəcanı siqnalı işə salınıb, partlayış səsləri eşidilir.
Əhaliyə sığınacaqlara yerləşmək barədə xəbərdarlıq edilib.